Nazir müavini: "Azərbaycan Rusiyaya aqrar məhsulların tədarükünü artırıb"

Nazir müavini: "Azərbaycan Rusiyaya aqrar məhsulların tədarükünü artırıb"
# 01 noyabr 2016 09:44 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 mlrd. dollardan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40% azdır". "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya regionlararası forumda qonşu ölkənin iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsibulski bildirib.


Onun sözlərinə görə, azalmaya səbəb enerji daşıyıcılarının ucuzlaşmasıdır.

Bununla yanaşı, nazir müavini bildirib ki, bu il Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü artıb.

"Rusiya Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır. Rusiya Azərbaycanın ən iri ticarət tərəfdaşları siyahısında 3-cü yeri tutur. Rusiyanın Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 3 milyard dollar olub. Bu imkanları genişləndirmək üçün imkanlar mövcuddur. Bu gün Azərbaycanda 600 Rusiya şirkəti fəaliyyət göstərir ki, bunun da 200-ü tamamilə Rusiya kapitalı olan şirkətləridir", - deyə o bildirib.


A. Tsibulski vurğulayıb ki, Rusiyanın Moskva, Tatarıstan, Dağıstan və Başqırdıstan kimi subyektləri Azərbaycanın ən iri ticarət tərəfdaşlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR