Atlantik okeanında yaranan “Rouz” fırtınası Qərbi Afrika istiqamətində irəliləyir

Atlantik okeanında yaranan “Rouz” fırtınası Qərbi Afrika istiqamətində irəliləyir
# 20 sentyabr 2021 02:11 (UTC +04:00)

Atlantik okeanında meydana gələn “Rouz” tropik fırtınası Qərbi Afrika istiqamətində irəliləyir.

APA xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb.

Küləyin sürəti 18 m/s-dən çoxdur. Fırtınanın Qərbi Afrikanın Kabo-Verde dövlətindən 595 km aralıda olduğu bildirilir.

Qeyd edək ki, "Rouz" fırtınası Atlantik okenda 2021-ci il mövsümü ərzində sayca 17-ci təbiət hadisəsidir.

Qasırğa mövsümü Atlantikda iyunun əvvəlindən noyabrın sonuna qədər altı ay müddətinə davam edir.

Məlumat üçün bildirək ki, küləyin sürəti təxminən 17.5 m/s-ə çatdıqda fırtına hesab olunur. Lakin küləyin sürəti 33 m/s və ya daha çox olduqda fırtına qasırğaya çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR