Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini bıçaqla özünə xəsarət yetirib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1989-cu il təvəllüdlü Röyal İsmayılov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. R. İsmayılovu polis əməkdaşları yaralı vəziyyətdə xəstəxanaya gətiriblər. Onun axtarışda olduğu və saxlanılan zaman özünə xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.