Burkina-Faso hökuməti hakimiyyətin hərbçilər tərəfindən ələ keçirilməsini təkzib edib - YENİLƏNİB

Burkina-Faso hökuməti hakimiyyətin hərbçilər tərəfindən ələ keçirilməsini təkzib edib - YENİLƏNİB
# 23 yanvar 2022 13:54 (UTC +04:00)

“Hərbçilər Burkina Fasonu ələ keçirməyib”.

APA bildirir ki, bu barədə Burkini hökumətinin rəsmi nümayəndəsi Alkassum Maiqinin yaydığı bəyanatda deyilir. Bəyanat “leFaso” xəbər portalı tərəfindən dərc edilib:

“İndi sosial şəbəkələrdə yayılan məlumatlarla 2022-ci il yanvarın 23-də ordunun hakimiyyəti ələ keçirdiyinə inandırmağa çalışırlar. Hökumət bəzi kazarmaların atəşə tutulduğunu etiraf etməklə yanaşı, bu məlumatı təkzib edir və əhalini sakit olmağa çağırır. Hökumət respublika dəyərlərinə sadiq qalan orduya inamını bir daha təsdiqləyir”.

***

Saat 11:56

Bu gün səhər Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərindəki hərbi düşərgənin ərazisində intensiv atışma səsləri eşidilib.

APA bildirir ki, bu barədə “Reuters” hadisə yerindəki şahidlərə istinadən məlumat yayıb.

Məlumata görə, ərazisində Ordunun Baş Qərargahının binalarının yerləşdiyi Sanqule-Lamizana düşərgəsində atışma yerli vaxtla təxminən 05:00-da başlayıb və bir saat davam edib.

Hələlik baş verənlərlə bağlı rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Burkina-Faso hökuməti yanvarın 11-də ölkədə hakimiyyəti ələ keçirməyə cəhd etməkdə şübhəli bilinən bir qrup hərbçini saxladıqlarını açıqlayıb. Onlarla bağlı araşdırmalara başlanılıb.

“Burkina24” xəbər portalının məlumatına görə, qrupun başında gənc zabitlər dayanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR