CAR-da baş verən yanğında ölənlərin sayı 74-ə çatıb - YENİLƏNİB-1

CAR-da baş verən yanğında ölənlərin sayı 74-ə çatıb - YENİLƏNİB-1
# 31 avqust 2023 21:16 (UTC +04:00)

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərindəki çoxmərtəbəli binada baş verən güclü yanğında ölənlərin sayı yenidən artıb.

APA xəbər verir ki, “News24” portalı məlumat yayıb.

Qeyd olunub ki, ölənlərin sayı 74-də çatıb.

Onlardan 12-si uşaqdır. Hadisə zamanı xəsarət alanların sayı isə 52-ə çatıb.

İlkin versiyaya görə yanğının baş verməsinə səbəb elektrik xəttinə qanunsuz qoşulma olub.

***

Saat 10:33

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində çoxmərtəbəli binada güclü yanğın nəticəsində ölənlərin sayı 58-ə çatıb.

APA DPA-ya istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə təhlükəsizlik xidməti bildirib.

Qeyd olunub ki, 43 nəfər xəsarət alıb.

***

09:02

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində çoxmərtəbəli binada güclü yanğın baş verib.

APA xəbər verir ki, bu barədə “News24” portalı məlumat yayıb.

Hadisə nəticəsində azı 20 nəfər ölüb, 43 nəfər xəsarət alıb.

Yanğının səbəbi müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR