Siyəzən sakini sirkə turşusundan zəhərlənərək ölüb

Siyəzən sakini sirkə turşusundan zəhərlənərək ölüb
# 31 avqust 2016 10:18 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Siyəzən sakini sirkə turşusundan zəhərlənərək ölüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, zəhərlənmə diaqnozu ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən rayon sakini, 1970-ci il təvəllüdlü Hüseynov Ağayar Mirzəli oğlu həkimlərin səyinə baxmayaraq, bu gün səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR