Efiopiyaya aviazərbə endirilib, 26 nəfər ölüb

Efiopiyaya aviazərbə endirilib, 26 nəfər ölüb
# 14 avqust 2023 22:29 (UTC +04:00)

Efiopiyanın şimalındakı Amhara əyalətində federal qüvvələrlə yerli təhlükəsizlik qüvvələri arasında münaqişə davam edir.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Əyalətin Fynote Salam şəhərinin mərkəzinə aviazərbələr endirilməsi nəticəsində 26 nəfər həlak olub.

Xəsarət alan 55 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Efiopiya İnsan Haqları Komissiyası avqustun 14-də Amhara bölgəsində federal qüvvələrlə yerli təhlükəsizlik qüvvələri arasında davam edən münaqişədən narahatlığını bildirib.

Bəyanatda iğtişaşlar zamanı polis bölmələrinə və həbsxanalara hücum edildiyi, vilayət administrasiyasının işinin pozulduğu, bəzi məmurların öldürüldüyü bildirilib.

Avqustun 4-də Efiopiya federal hökuməti nizami qoşunlarla yerli polislərlər arasında toqquşmalardan sonra Amhara bölgəsində fövqəladə vəziyyət elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR