Tovuzda bir ailənin 5 üzvü zəhərlənib

Tovuzda bir ailənin 5 üzvü zəhərlənib
# 31 iyul 2016 20:28 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda bir ailənin 5 üzvü qoyun ətindən zəhərlənib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Azadlı kənd sakini 1971-ci il təvəllüdlü Nizami Musayev, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Zərifə Əhmədova, oğlu 1995-ci il təvəllüdlü Rövşən, qızı 1994-cü il təvəllüdlü Lalə, nəvəsi 3 yaşlı Ömər zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

 

Onlara dərhal tibbi yardım göstərilib. Məlumata görə, ailə üzvləri qoyun əti yedikdən sonra zəhərlənmə əlamətləri hiss edərək xəstəxanaya müraciət ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR