Dmitri Medvedevin qatıldığı tədbir qısaqapanma səbəbindən yarımçıq dayandırılıb

Dmitri Medvedevin qatıldığı tədbir qısaqapanma səbəbindən yarımçıq dayandırılıb
# 26 oktyabr 2016 13:24 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın baş naziri Dmitri Medvedevin qatıldığı tədbir binadakı qısaqapanma səbəbi ilə təxirə salınıb.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, “Skolkovada açıq innovasiya” forumu çərçivəsində keçirilən sessiyaya Rusiya baş naziri Dmitri Medvedev, baş nazirin müavini Arkadi Dvorkoviç, hökumət və biznes nümayəndələri qatılıb.

Qəfil səslər eşidilib və aparıcı qonaqlara zalı tərk etmək barədə xəbərdarlıq edib. D. Medvedev və digərləri zaldan çıxıb.

Daha sonra Yanğınsöndürmə Xidmətinin əməkdaşları binada qısaqapanma baş verdiyi barədə açıqlama veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR