Azərbaycan xam neft istehsalını azaldıb

Azərbaycan xam neft istehsalını azaldıb
# 17 oktyabr 2016 15:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 15,1 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 0,3% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 31,2 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 13,8 mlrd. kubmetr təşkil edib.

Bu ilin 9 ayı ərzində ölkədə 31 268,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2015-ci ilin yanvar-sentyabr aylarına nisbətən 0,3% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 234,3 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 31 221,9 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,3% azdır.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 22 051,4 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2015-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 3,8% çoxdur. Nəticədə bu ilin oktyabrın 1-nə 1 097,1 min kubmetr hazır məhsul ehtiyatı yaranıb. Bunun da 13 771,2 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR