Millət vəkili Novruz Aslanov seçicilərini qəbul edib

Millət vəkili Novruz Aslanov seçicilərini qəbul edib
# 27 oktyabr 2016 08:14 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Novruz Aslanov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov birgə vətəndaşların qəbulunu keçiriblər.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, qəbul rayon İcra Hakimiyyətinin binasında baş tutub. Qəbula gələn vətəndaşların qaldırdığı məsələlər əsasən sosial sahəni əhatə edib. Belə məsələlərin həlli üçün yerində müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib. Bir neçə məsələ şəxsi məişət problemləri ilə bağlı olub. Millət vəkili bu problemlərin həllinə diqqətlə yanaşıb və həlli üçün yardım edib. Qəbulda iştirak edən sakinlər həm millət vəkilinə, həm də İcra Hakimiyyətinin başçısına diqqətə görə təşəkkür ediblər. Belə birgə qəbullar İsmayıllı rayonunun kəndlərində də keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR