Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda qeyri-yaşayış sahələri, yeraltı dayanacaqlar və qarajların icarəyə verilməsi istiqamətində fəaliyyət göstərən “Property Investments” MMC nizamnamə kapitalını azaldır.
“APA-Economics” xəbər verir ki, bu barədə Vergilər qəzetinin xüsusi buraxılışında qeyd olunub.
Məlumata əsasən, şirkətin nizamnamə kapitalının bir hissəsi, yəni 13 mln. 548 min 387 manat azalaraq 8 mln. 988 min 963 manat təşkil edir.
Müəssisənin yeni redaksiyada nizamnaməsi Dövlət reyestrindən qeydiyyatdan keçirilir.
Qeyd edək ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, Əfqan Süleymanov “Property Investments”in hüquqi iştirakçısıdır.