Stoltenberq: “NATO-nun Qara Dəniz regionunda iştirakını genişləndirəcəyik”

Stoltenberq: “NATO-nun Qara Dəniz regionunda iştirakını genişləndirəcəyik”
# 08 sentyabr 2016 09:31 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Biz NATO-nun Qara Dəniz regionunda iştirakını genişləndirəcəyik”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu NATO baş katibi Yens Stoltenberq Gürcüstana səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, alyans üzvü olmayan ölkələr - Gürcüstan və Ukrayna ilə dialoq aparmaq vacibdir.

“Qara Dəniz regionu avroatlantik təhlükəsizliyi üçün vacib bir açardır. Biz Rusiyanın Qara Dəniz regionunda iştirakının genişləndirilməsini, eləcə də Krım yarımadasının intensiv hərbiləşdirilməsi gördük. NATO Qara dəniz regionunda iştirakını artırmaq qərarına gəlib. Biz regionda və Qara Dənizdə mövcudluğumuzu gücləndirəcəyik. Varşava sammitində Qara Dəniz regionunda iştirakımızın genişləndirilməsi qərara alınıb və biz hərbi planlaşdırma üzrə mütəxəssisləri ilə bunun üzərində işləyirik. NATO müttəfiqləri üçün tərəfdaş ölkələrlə sıx əlaqə yaratmaq çox vacibdir. Biz Ukrayna və Gürcüstanla Qara dəniz regionunda NATO-nun iştirakı barədə dialoq aparmağı nəzərdə tutmuşuq”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR