KİV: Nigerdə üsyançılar BMT nümayəndələrinin ölkəyə gəlməsinə razılıq verməyib

KİV: Nigerdə üsyançılar BMT nümayəndələrinin ölkəyə gəlməsinə razılıq verməyib
# 08 avqust 2023 16:59 (UTC +04:00)

Nigerdə üsyançılar ECOWAS, BMT və Afrika İttifaqı nümayəndə heyətlərinin ölkəyə gəlməsinə razılıq verməyib.

APA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Nigerdə dövlət çevrilişi edən hərbçilər Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (Economic Community of West African States - ECOWAS), BMT və Afrika İttifaqının nümayəndələrini ölkəyə gəlməsinə etiraz ediblər və ölkəni idarə etmək üçün üsyançılar tərəfindən yaradılan Vətənin Qurtuluşu Milli Şurası onların ölkəyə girişini qadağan edib.

Belə bir qadağanın elan edilməsinin səbəbləri göstərilməyib.

Xatırladaq ki, ötən ayın sonlarında ordu tərəfindən Nigerdə silahlı qiyam baş verib və ölkə Prezidenti Məhəmməd Bazum Prezident Qvardiyasının üzvləri tərəfindən saxlanılıb.

Bunun ardınca isə hərbçilər ölkə prezidentinin devrilməsini və sərhədlərin bağlandığını elan ediblər.

Nigerdə dövlət çevrilişindən sonra kütləvi iğtişaşlar zamanı xeyli sayda ölən və yaralananların olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR