Prokurorluq: Z. Tağıyev qəsəbəsində vətəndaşın özünü yandıraraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb

Prokurorluq: Z. Tağıyev qəsəbəsində vətəndaşın özünü yandıraraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb
# 28 iyul 2015 15:56 (UTC +04:00)

APA-nın xəbərinə görə, Sumqayıt Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, 1955-ci il təvəllüdlü Əliyev Məhəmməd Müzəffər oğlunun iyulun 24-də Sumqayıt şəhəri Z. Tağıyev qəsəbəsində üstünə neft məhlulu tökərək yanıq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı yanıq xəsarətlərindən iyulun 27-də orada vəfat etməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilməklə, M. Əliyevin intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR