Madaqasqarda polislə toqquşmada 11 nəfər ölüb

Madaqasqarda polislə toqquşmada 11 nəfər ölüb
# 29 avqust 2022 23:59 (UTC +04:00)

Madaqasqarda polisin kütləyə atəş açması 11 nəfərin ölümünə səbəb olub.

APA-nın Bild nəşrinə istinadla xəbərinə görə, ölkənin cənubundakı İkonqo şəhərində 1 həftə əvvəl bir uşağın oğurlanması ilə başlayan gərginlik davam edir.

Polis hadisə ilə bağlı 4 nəfəri həbs edib. Bu gün yerli əhali polis idarəsinin qarşısına yığışaraq saxlanan şəxslərin onlara təhvil verilməsini tələb edib. Tələb rədd edildiyi üçün küt alət və soyuq silahla silahlaşmış şəxslər polis idarəsinə və kazarmaya hücum edib. Danışıqlar nəticəsiz başa çatdığı üçün güc strukturları silah tətbiq edib. Hadisə nəticəsində 11 nəfər ölüb, qırxadək adam xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR