Malidəki Fransa səfirinə ölkəni tərk etməsi üçün 3 gün vaxt verilib

Malidəki Fransa səfirinə ölkəni tərk etməsi üçün 3 gün vaxt verilib
# 31 yanvar 2022 18:22 (UTC +04:00)

Mali hökuməti Fransa səfirinə ölkəni tərk etmək üçün 72 saat vaxt verib.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə hökumətin yerli televiziyada oxunan bəyanatında bildirilib.

"Fransa xarici işlər nazirinin bu yaxınlarda verdiyi təhqiramiz şərhlərdən sonra Fransanın Bamakodakı səfiri çağrılıb və o, 72 saat ərzində ölkə ərazisini tərk etmək barədə məlumatlandırılıb”, - hökumətin bəyanatında deyilir.
Qeyd edək ki, bir neçə gün öncə Fransanın xarici işlər naziri Jan İv Lö Drian çıxışında keçid hökumətini qeyri-qanuni adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR