Bakı-APA. İsrail polisi Tel-Əvivin mərkəzindəki barın qarşısında atışma törədən şəxsin kimliyini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iki nəfərin qətlində şübhəli bilinən milliyyətcə ərəb olan İsrail vətəndaşı Naşat Melhem barəsində axtarış elan edilib.
Qeyd edək ki, yanvarın 1-də silahlı şəxsin Tel-Əvivin mərkəzi Dizenqov küçəsində yerləşən barın qarşısında atəş açması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.