Ekstremistlər Neapol, Roma və Madriddə terror aktları törətməklə hədələyib

Ekstremistlər Neapol, Roma və Madriddə terror aktları törətməklə hədələyib
# 08 yanvar 2016 01:37 (UTC +04:00)

Bakı-APA. “İslam Məğribində Əl Qaidə” terror təşkilatı Neapol, Roma və Madriddə terror aktları törətməklə hədələyib. APA-nın “Europa Press”ə istinadən verdiyi xəbərə görə, terrorçuların yaydıqları videoçarxda terror aktlarından səhnələr və İspaniya vətəndaşı olan Əbu əl Nur əl Əndalusi adlı terrorçu daxil olmaqla təşkilatın Malidəki qruplaşmasının üzvləri əks olunub.

İspaniya təhlükəsizlik qüvvələri hazırda videonu araşdırırlar.

Məlumata görə, 2015-ci ildə terrorçularla əlaqədə olmaqda şübhəli bilinən 100-dən çox, son 4 ildə isə 175 şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR