Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi Bəhreyn Krallığında keçirilən Mədəniyyət və İnvestisiya Forumunda təmsil olunub. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, beynəlxalq tədbirdə nazirliyin əməkdaşı Günel Aslanova Azərbaycanın təqdimatı ilə çıxış edib.
Forumu giriş sözü ilə açan Bəhreyn Krallığının mədəniyyət naziri Mai bint Məhəmməd Əl Xəlifə tədbirin əhəmiyyətindən bəhs edərkən, Azərbaycanın İslam mədəni irsinin qorunmasındakı fəaliyyətini yüksək qiymətləndirib.
Nazir davamlı inkişafın təşviqində mədəniyyətin bütün sahələrinin rolunun vacib olduğunu qeyd edib, turizmin inkişafında bu alətin mühüm olmasını vurğulayıb.