Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanına qeydiyyat başlanıb

Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanına qeydiyyat başlanıb
# 01 mart 2016 13:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanına (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün) qeydiyyat başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, https://eservices.tqdk.gov.az/erizebak/azdili/?frm=egov keçiddən istifadə edərək qeydiyyatdan keçmək mümkündür.

Ali və ya tam orta (11-illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə sənəd verən abituriyentlər "Azərbaycan Respublikasında Dövlət dili haqqında" qanuna əsasən "Azərbaycan dili" fənnindən də test imtahanı verməlidirlər. İlk olaraq abituriyent elektron ərizə qəbulu üçün nəzərdə tutulan TQDK-nın virtual ödəmə kartını əldə etməlidir. Bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunmalıdır. TQDK-nın ikinci ödəmə katrını əldə etməyə ehtiyac yoxdur.

Bu vaxta kimi qeydiyyatdan keçmiş abituriyentlərin sayı 276 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR