Nigeriyada kəndə hücum olub, 10 nəfər ölüb

Nigeriyada kəndə hücum olub, 10 nəfər ölüb
# 30 yanvar 2022 19:26 (UTC +04:00)

Bu gün Nigeriyanın Kaduna əyalətindəki kəndə silahlı hücum nəticəsində azı 10 nəfər ölüb.

APA bildirir ki, bu barədə yerli “Punch” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, səhər saatlarında Kaduna əyalətinin Zaman Dabo kəndinin Atak-Mawai bölgəsinə silahlı şəxslər daxil olub və azı 10 nəfəri öldürüb.

Mənbə əlavə edib ki, hücumçular qurbanların evlərini yandırıblar.

Hücum zamanı bir neçə nəfər də yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR