Bakı. Yeganə Laçınzadə. APA -Economics. Dünya bazarında neftin qiyməti azalıb.
"APA -Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar azalaraq 50,23 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar azalaraq 51,91 dollar olub.