Bu gün Rusiyadan Türkiyəyə ilk çarter hava reysi həyata keçiriləcək

<b>Bu gün Rusiyadan Türkiyəyə ilk çarter hava reysi həyata keçiriləcək</b>
# 02 sentyabr 2016 03:19 (UTC +04:00)

Bakı-APA. Bu gün Rusiyadan Türkiyəyə ilk çarter hava reysi həyata keçiriləcək.  

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sentyabrın 2-də “Royal Flight” aviaşirkəti Moskvadan Antaliyaya iki hava uçuşunu həyata keçirəcək. Bu barədə reysin sifarişçisi olan “Coral Travel” turoperatorunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Marina Makarkova bildirib.

 

Məlumata görə,  avqustun 29-u axşam saatlarında satışa çıxarılan biletlərin hamısı  qısa vaxt ərzində satılıb.

 

Təyyarə “Şeremetyevo” hava limanından havaya qalxacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR