Cəlilabad və Ağcabədi rayon sakinlərindən külli miqdarda narkotik götürülüb

Cəlilabad və Ağcabədi rayon sakinlərindən külli miqdarda narkotik götürülüb
# 18 yanvar 2016 11:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Cəlilabad və Ağcabədi rayon sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Zülfüqar Nadirovdan 13 kiloqram 520 qram tiryək aşkarlanıb. Ucar rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağcabədi rayon sakinləri, əvvəllər məhkum olunmuş Elxan Əsgərov və Ruslan Süleymanov 4 kiloqram 175 qram marixuananı satarkən tutulublar.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR