Şimali Koreya Rusiyadan savayı MDB məkanında sonuncu səfirliyini bağlayıb

Şimali Koreya Rusiyadan savayı MDB məkanında sonuncu səfirliyini bağlayıb
# 21 avqust 2016 05:21 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya MDB-dəki missiyalarının restrukturizasiyası çərçivəsində Özbəkistandakı səfirliyini bağlamağa qərar verib.

APA-nın xəbərinə görə, bu barədə “Renhap” agentliyi Daşkənddəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, səfirliyin bağlanmasına dair qərar ötən ay verilib.

Qeyd edək ki, bundan sonra Şimali Koreyanın yalnız Moskvadakı səfirliyi fəaliyyətini davam etdirəcək. Şimali Koreya bundan əvvəl 1998-ci ildə Qazaxıstandakı səfirliyini ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR