ABŞ-da küçədə atışma nəticəsində azyaşlı uşaq ölüb

ABŞ-da küçədə atışma nəticəsində azyaşlı uşaq ölüb
# 16 yanvar 2016 04:31 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Ohayo ştatında baş verən atışma nəticəsində 1 yaşlı uşaq dünyasını dəyişib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, faciəvi hadisə Deyton şəhərində qeydə alınıb.

İlkin məlumata əsasən, avtomobildə olan naməlum şəxslər küçədə 2 nəfəri atəşə tutublar. İlkin ehtimala görə, yaralanaraq xəstəxanaya çatdırılan kişi və qadın azyaşlı uşağın valideynləridir. İnsident zamanı böyüklərin yanında olan azyaşlı hadisə yerində dünyasını dəyişib.

Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR