Gürcüstanda 120 həkim məsuliyyətə cəlb edilib

Gürcüstanda 120 həkim məsuliyyətə cəlb edilib
# 26 avqust 2015 19:27 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda 120 həkim məsuliyyətə cəlb edilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi bildirib.

 

Məlumata görə, 2014-cü ildə 40 həkimin sertifikatının qüvvəsi 6 ay müddətinə dayandırılıb və 65 həkim yazılı xəbərdarlıq alıb.  

 

2015-ci ildə həkimlərin məsuliyyətsizliyi ucbatından 30 qadın doğuş zamanı həyatını itirib, 919 körpə isə ölü doğulub. 2015-ci ildə səkkiz həkimə yazılı xəbərdarlıq edilib, yeddi həkimin isə aldığı sertifikatın müxtəlif müddətlərə qüvvəsi dayandırılıb.

 

Məlumatda həmçinin qeyd olunur ki, Gürcüstanda yarım il ərzində 1 yaşınadək olan 812 uşaq həyatını itirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR