Bakıda Mezkal Festivalı başlayıb

Bakıda Mezkal Festivalı başlayıb
# 31 oktyabr 2016 14:58 (UTC +04:00)

Meksikanın Azərbaycandakı sәfirliyinin tәşkilatçılığı ilә Bakıda 2-ci Mezkal Festivalı başlayıb.

APA-nın xəbərinә görә, festivalın ilk günü Meksikanın Azәrbaycandakı sәfirliyinin iqamәtgahında jurnalistlәr üçün içkinin tәqdimatı olub. Tədbirin əvvəlində tanınmış meksikalı mezkalçı Serxio İnnurqarro mezkalın növləri və onların hazırlanması qaydaları barədə məlumat verib. Tәxminәn 10-a yaxın mezkal içkisinin dequstasiyası keçirilib. Qonaq bildirilib ki, mezkal dünyanın әn tәmiz içkisi hesab olunur. O qeyd edib ki, mezkal aqava yarpaqlarından hazırlanan Meksikanın ənənəvi alkoqollu içkisidir. Dünyada mәşhur olan tekila әslindә mezkalın bir növüdür.

Festival noyabrın 5-dək keçiriləcək. Bu çәrçivәdә Bakının məşhur restoranlarında içkinin dequstasiyası təşkil olunacaq.

Qeyd edәk ki, mezkal tekila kimi, magey və ya agava bitkilərindən alınan bir içkidir. Meksikanın 68 yerli dilindən biri olan nauatl dilində mezkal “bişmiş magey” deməkdir. Bir qədər hisə verilmiş dadı və şirin ətri ilə mezkal tekiladan fərqlənir. Mezkal böyük taxta çəlləklərdə yeddi il müddətinə qədər saxlanılır. Bu vaxt ərzində mezkal qızılı rəng alır. Onun dadı çəlləklərin hansı ağac növünə aid olmasından asılıdır. Saxlanılma müddətindən asılı olaraq mezkal ağ, açıq və ya tünd ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR