Beynəlxalq axtarışda olan şəxs Keniyanın prezidenti seçilib

Beynəlxalq axtarışda olan şəxs Keniyanın prezidenti seçilib
# 10 mart 2013 05:06 (UTC +04:00)

Bakı-APA. Keniyanın Müstəqil Seçki Komissiyası martın 9-da baş nazirin müavini Uxuru Keniattunu prezident seçkilərinin rəsmi qalibi elan edib.

APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Müstəqil Seçki Komissiyasının son məlumatına görə, Uxuru Keniattuya seçicilərin 50,07 faizi səs verib. Keniattunun əsas rəqibi Rail Odinqa 43% səs toplaya bilib.

Qeyd edək ki, Uxuru Keniattu Sudan prezidentindən sonra insanlıq əleyhinə cinayətlərdə günahlandırılan ikinci afrikalı lider olacaq. Beynəlxalq cinayət məhkəməsi onu 2007-ci ildə tayfaarası qətliam törətdiyinə görə məsuliyyətə cəlb etmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR