Həftə ərzində Ebola xəstəliyindən 400 nəfər ölüb

Həftə ərzində Ebola xəstəliyindən 400 nəfər ölüb
# 03 sentyabr 2014 21:06 (UTC +04:00)

Bakı – APA. Ötən həftə Ebola xəstəliyindən 400 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çen bildirib.

Ümumilikdə bu günə qədər 1900 nəfər Ebola virusunun qurbanı olub. Qvineya, Syerra-Leone və Liberiyada isə 3 500 nəfər təhlükəli virusa yoluxub.

Avqustun 8-də Ümumdünya Səhiyyə Təşkilatı Ebola xəstəliyinin yayılmasını beynəlxalq əhəmiyyətli təhlükə elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR