Məhəmməd Mursi Suriya üzərində uçuşa qadağan zona yaratmağa çağırıb

Məhəmməd Mursi Suriya üzərində uçuşa qadağan zona yaratmağa çağırıb
# 16 iyun 2013 02:41 (UTC +04:00)

Bakı-APA. Misir prezidenti Məhəmməd Mursi dünya ictimaiyyətini Suriya üzərində uçuşa qadağan zona yaratmağa çağırıb. APA bu barədə Frans Press-ə istinadən məlumat verir.

Qeyd edək ki, uçuşa qadağan zona hökumət qüvvələrinə silahlılara havadan zərbələr endirməyə imkan verməyəcək. Bu variant artıq Liviyada uğurla tətbiq olunub.

Xatırladaq ki, Misir Suriya ilə diplomatik əlaqələri kəsib və Dəməşqdəki səfirini geri çağırıb. Bu barədə Misir prezidenti Məhəmməd Mursi bəyan edib.

Mursinin qərarına əsasən, Suriyanın Qahirədəki səfirliyi bağlanacaq. Bundan əlavə, o Livanın «Hizbullah» hərəkatının liderlərindən döyüşçülərini Suriya ərazisindən çıxarmağı tələb edib.

Prezident Mursi bu bəyanatını Qahirədə keçirilən «Suriyanı dəstəkləyək» konfransında səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR