Misir hərbçiləri Rabia əl-Adaviya meydanını tam nəzarətə götürüb

Misir hərbçiləri Rabia əl-Adaviya meydanını tam nəzarətə götürüb
# 14 avqust 2013 19:53 (UTC +04:00)

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu MENA agentliyinə ölkənin Daxili İşlər Nazirliyindəki mənbə bildirib.

Qeyd edək ki, Rabia əl-Adaviya meydanı 1,5 ay ərzində Mursinin tərəfdarının nəzarətində olub.

Misirin Azadlıq və Ədalət Partiyası (“Müsəlman-qardaşları”nın siyasi qanadı) öz saytında bəyan edib ki, Rabia əl-Adaviya məscidi qarşısındakı səhnə, habelə yüzlərlə insanın cəsədi olduğu hospital polis tərəfindən yandırılıb.

Xatırladaq ki, Misir Səhiyyə Nazirliyi bu gün baş vermiş toqquşmalarda 56 nəfərin öldüyünü, 526 nəfərin yaralandığını açıqlayıb. Misir hökuməti ölkədə 1 ay müddətinə fövqəladə vəziyyət elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR