Misir məhkəməsi eks-prezident Hüsnü Mübarəklə bağlı hökmün çıxarılmasını təxirə salıb

Misir məhkəməsi eks-prezident Hüsnü Mübarəklə bağlı hökmün  çıxarılmasını təxirə salıb
# 27 sentyabr 2014 17:59 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Misir məhkəməsi eks-prezident Hüsnü Mübarəklə bağlı hökmün çıxarılmasını təxirə salıb. APA-nın “Anadolu ” agentliyinə istinadən verdiyi xəbərə görə, Misirin keçmiş prezidenti Hüsnü Mübarək və iki 2 oğlunun, o cümlədən keçmiş daxili işlər naziri Həbib əl-Adil və onun 6 köməkçisinin, "nümayişçilərin öldürülməsi" ittihamı üzrə hökm noyabrın 29-da veriləcək.

Qahirə Cəza Məhkəməsinin hakimi Mahmud ər-Raşidi, hökmlə bağlı sənədlərin tamamlanmaması səbəbindən məhkəmə iclasının təxirə salınmasına qərar verildiyini söyləyib.

Bu arada Polis Akademiyası qarşısında 2011-ci ilin yanvarın 25-də baş verən toqquşmalarda ölənlərin yaxınları və Mübarək tərəfdarları arasında qarşıdurma yaşanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR