Misirdə silahlı hücum nəticəsində iki polis əməkdaşı öldürülüb

Misirdə silahlı hücum nəticəsində iki polis əməkdaşı öldürülüb
# 08 may 2016 23:02 (UTC +04:00)

Bakı-APA. Misirdə silahlıların blok-posta hücumu nəticəsində iki polis əməkdaşı öldürülüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident Sinay yarımadasında qeydə alınıb.

Atışma nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları 5 silahlını məhv edib. Bu, gün ərzində Misirdə polisə qarşı ikinci hücumdur. Mayın 8-i, səhər saatlarında paytaxt Qahirə yaxınlığında naməlum silahlılar polis əməkdaşlarını daşıyan avtomobili gülləbaran ediblər. Nəticədə 8 asayiş keşikçisi ölüb. Hadisəyə görə məsuliyyəti əvvəl “Müsəlman qardaşlar” hərəkatına yaxın “Xalq müqaviməti” qruplaşması, sonra isə İŞİD öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR