Nayrobidəki "Westgate" ticarət mərkəzi terrorçulardan təmizlənib

Nayrobidəki "Westgate" ticarət mərkəzi terrorçulardan təmizlənib
# 24 sentyabr 2013 00:45 (UTC +04:00)

Bakı-APA. Keniya təhlükəsizlik qüvvələri Nayrobidəki “Westgate” ticarət mərkəzindəki əməliyyatın başa çatmaq üzrə olduğunu bəyan edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, ölkənin daxili işlər naziri Cozef Ole Lenku bildirib ki, xüsusi təyinatlılar binadakı bütün mərtəbələri nəzarətdə saxlayır.

“Terrorçular qaçırlar və bəzi dükanlarda gizlənirlər. Onlar heç yana qaça bilməz”, - deyə o vurğulayb.

Nazir əlavə edib ki, hücum edənlərdən 5 nəfəri ələ keçirmək mümkün olub. Onlardan biri bir müddət sonra aldığı xəsarətlərdən ölüb.

Qeyd edəki ki, Nayrobidəki terror aktı zamanı 62 nəfər ölüb, 170 yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR