Nelson Mandella yenidən xəstəxanaya yerləşdirilib

Nelson Mandella yenidən xəstəxanaya yerləşdirilib
# 10 mart 2013 02:23 (UTC +04:00)

Bakı-APA. Cənubi Afrika Respublikasının (CAR) keçmiş prezidenti, 94 yaşlı Nelson Mandella martın 9-da yenidən tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkə başçısının administrasiyası məlumat yayıb.

“Həkimlər müayinələr keçirirlər və bildirirlər ki həyəcana heç bir səbəb yoxdur”, deyə administrasiya nümayəndəsi Mak Maxaraj bildirib və əlavə edib ki, Mandellanın yaşına görə bu cür müayinələr mütəmadi keçirilməlidir.

Sonuncu dəfə ölkənin keçmiş rəhbəri əhali qarşısına 2010-cu ildə CAR-da keçirilmiş Dünya Çempionatında çıxmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR