Nigeriyada terrorçular 24 dinc sakini qətlə yetirib

Nigeriyada terrorçular 24 dinc sakini qətlə yetirib
# 29 avqust 2015 02:11 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın şimal-şərqində “Boko Haram” terror qruplaşmasının silahlıları 24 dinc sakini qətlə yetirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Borno əyalətinin paytaxtı Mayduquridən 80 km aralıda yerləşən Marfunudi yaşayış məntəqəsində baş verib.

BMT-nin məlumatına əsasən, terrorçuların hücumları ilə əlaqədar Nigeriyanın şimal-şərq bölgəsində 1 milyon 400 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR