Qahirədə polis meydanlara aparan yolları bağlayıb

Qahirədə polis meydanlara aparan yolları bağlayıb
# 02 avqust 2013 17:57 (UTC +04:00)

Bakı-APA. Misir hakimiyyəti günün ikinci yarısında Qahirədəkeçmiş prezident Məhəmməd Mursinin tərəfdarlarının müddətsiz aksiyaları keçirilən Rabiyə əl-Ədəviyyə və an-Nahda meydanlarına çaxan bütün küçələri tamamilə bağlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis yolları yeni etirazçıların qeyd olunan meydanlara gəlişinin qarşısını almaq məqsədi ilə bağlayıb.

Qeyd edək ki, iyulun 31-də Misir hökuməti DİN-ə verdiyi göstərişdə müddətsiz aksiyaların qarşısını almaq üçün bütün imkanlardan istifadə etməyi tövsiyə edib. Hakimiyyət hesab edir ki, islamçıların davam edən aksiyaları dövlət təhlükəsizliyinə təhlükə yaradır.

Hakimiyyətin çağırışlarına məhəl qoymayan islamçılar bu gün Qahirədə və digər şəhərlərdə kütləvi aksiyalar keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR