Qahirədə toqquşmalar zamanı ölənlərin sayı 90 nəfərə çatıb - YENİLƏNİB

Qahirədə toqquşmalar zamanı ölənlərin sayı 90 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 16 avqust 2013 23:40 (UTC +04:00)

Bakı-APA. Qahirədə baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 90 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Röyter”in yaydığı xəbərdə bildirilir.

*** 22.00

Bakı-APA. Qahirədə baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 80 nəfərə çatıb. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Ramzes meydanı yaxınlığında yerləşən Fatih məscidinin hospitalında 80 nəfərin cəsədi var.

Həmçinin bildirilir ki, artıq Misir paytaxtında komendant saatı başlayıb.

*** 20.46

Bakı-APA. Qahirədə baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 50-yə çatıb. APA-nın “RİA Novosti”yə istinadən, Misirin paytaxtında devrilmiş prezident Məhəmməd Mursinin tərəfdaşları kütləvi aksiyalar keçirir.

Qeyd edək ki, hökumət və təhlükəsizlik strukturlarının xəbərdarlıqlarına rəğmən, cümə namazından sonra “Müsəlman qardaşları” hərəkatının tərəfdarları Mursinin azadlığa buraxılması tələbi ilə küçələrə çıxıb. Paytaxt Qahirədə məscidlərdən çıxan insanlar şəhərin mərkəzinə tərəf hərəkət etməyə başlayıb. Polis və ordu aksiyanı dağıtmağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR