Qahirənin Təhrir meydanına minlərlə prezident əleyhdarları axışırlar

Qahirənin Təhrir meydanına minlərlə prezident əleyhdarları axışırlar
# 30 iyun 2013 04:11 (UTC +04:00)

Bakı-APA. Misirin paytaxtı Qahirə şəhərinin Təhrir meydanına minlərlə etirazçı axışır. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Qahirədə bu gün prezident Məhəmməd Mursinin istefası tələbi ilə izdihamlı etiraz aksiyası keçiriləcək.

Qeyd edək ki, iyunun 30-da islamçı Məhəmməd Mursinin hakimiyyətə gəlişinin bir ili tamam olur.

Xatırladaq ki, iyunun 28-də prezidentin tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşmalarda amerikalı tələbə də daxil olmaqla üç nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR