Suriyanı Ərəb Dövlətləri Liqasında müxalifət təmsil edəcək

Suriyanı Ərəb Dövlətləri Liqasında müxalifət təmsil edəcək
# 06 mart 2013 17:49 (UTC +04:00)

Bakı-APA. Ərəb dövlətləri liqası (ƏDL) Suriyanın təşkilatdakı yerini Suriya Milli müxalif və inqilabi qüvvələr koalisiyasına verib. APA-nın məlumatına görə, bu barədə «Əl-Cəzirə» telekanalı məlumat yayıb.

Qərar ƏDL xarici işlər nazirlərinin Qahirədə keçirilən görüşündə qəbul edilib.

Suriyanın ƏDL-də üzvlüyü 2011-ci ilin noyabrında dayandırılıb.

Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, münaqişənin gedişində 70 minədək insan həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR