Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 18 m² olan qarajın içərisində "Mitshubishi" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.