Elmar Məmmədyarov Azərbaycan prezidentinin məktubunu Misir dövlət başçısına təqdim edib

Elmar Məmmədyarov Azərbaycan prezidentinin məktubunu Misir dövlət başçısına təqdim edib
# 02 noyabr 2016 12:45 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində prezident Əbdül Fəttah əs-Sisi tərəfindən qəbul olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misirin dövlət başçısına çatdırıb.

Prezident Əbdül Fəttah əs-Sisi salamlarının və ən xoş arzularının Azərbaycan prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Əbdül Fəttah əs-Sisi Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirib və islam həmrəyliyinin vacibliyini qeyd edib. Görüşdə İslam dininin sülh, həmrəylik və tolerantlıq dini olduğu qeyd olunub.

E. Məmmədyarov gələn il Azərbaycanda IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyini diqqətə çatdırıb və Misir idmançılarını oyunlarda yaxından iştiraka dəvət edib. Nazir ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsinə verdiyi töhfələri barəsində danışıb. nazir Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin, Ermənistan-Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar yolu ilə həll edilməsinə dair mövqeyinin təqdir edildiyini bildirib.

Görüş zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olundu, enerji sahəsində SOCAR ilə EGPC arasında qurulmuş 6 illik əməkdaşlıq yüksək qiymətləndirilib, bu əməkdaşlığın böyük perspektivlərinin olduğu qeyd olunub.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR