Yevlaxda yol-nəqliyyat hadisəsində xəsarət alan qadın xəstəxanada ölüb

Yevlaxda yol-nəqliyyat hadisəsində xəsarət alan qadın xəstəxanada ölüb
# 29 avqust 2016 09:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yevlaxda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 25-də Yevlax rayonunun Salahlı kəndində Göygöl rayon sakini Nəsimi İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə N.İsgəndərovun sərnişini, Şəki rayon sakini Zərifə İsgəndərova xəstəxanaya yerləşdirilib. O, avqustun 28-də orada ölüb.


Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR