Fransada koronavirusdan ölənlərin sayı 21856 nəfərə çatıb. Son sutka ərzində 516 nəfər ölüb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, ölüm hadisələrinin 13547-si xəstəxanalarda, 8309-u isə tibbi-sosial müəssisələrdə qeydə alınıb.
Ölkə üzrə virusa yoluxanların sayı 120804 nəfərdir.
Qeyd edək ki, xəstəxanalarda hazırda 29219 nəfər müalicə alır. Son 24 saat ərzində xəstəxanalara 1410 yeni xəstə qəbul edilib.