Braziliya və CAR Ukrayna üçün sülh sammitində iştirak etməyəcək

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa

© APA | Braziliya Prezidenti Luis İnasiu Lula da Silva, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa

# 17 may 2024 14:23 (UTC +04:00)

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Ukraynada sülhün təminatı ilə bağlı İsveçrədə keçiriləcək sammitdə iştirak etməyəcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb.

Bildirilib ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa da sözü gedən tədbirdə iştirakdan imtina edib.

Səbəblər barədə mətbuata açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR