Burkina-Faso hökuməti, prezident İbrahim Traorenin sədrliyi ilə ölkədə atom enerjisi agentliyinin yaradılması haqqında qətnamə qəbul edib.
APA xəbər verir ki, bu barədə çərşənbə günü Burkina Faso Xəbər Agentliyi məlumat yayıb.
Traorenin sözlərinə görə, atom enerjisi agentliyinin yaradılması Burkina Fasonun enerji müstəqilliyini, ölkənin sənayeləşməsini təmin edəcək və bütün ölkə ərazisində elektrik enerjisinə çıxışı asanlaşdıracaq.