CAR-da fil turisti tapdalayaraq öldürüb

CAR-da fil turisti tapdalayaraq öldürüb
# 10 iyul 2024 04:48 (UTC +04:00)

Cənubi Afrikada Pilanesberq Milli Parkında fil həyat yoldaşı ilə səyahət edən ispaniyalı turisti tapdalayaraq öldürüb.

APA xəbər verir ki, bu barədə "SUR" portalı məlumat yayıb.

Məlumata görə, turist altı fildən ibarət sürünün fotosunu çəkmək üçün maşından düşüb, bundan sonra heyvanlardan biri ona hücum edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR