Ucarda qəza olub, sürücü xəsarət alıb

Ucarda qəza olub, sürücü xəsarət alıb
# 22 iyul 2019 11:27 (UTC +04:00)

Ucarda yol qəzası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza Bakı-Qazax yolunda, Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1960-cı il təvəllüdlü Aydın Tahir oğlu Mehdiyevin idarə etdiyi minik avtomobilinin təkəri partlayıb, nəticədə sürücü idarəetməni itirib və maşın aşıb.

Qəza zamanı xəsarət alan sürücü Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR